×
A
A
A
Sazlamalar

London metrosunda Azərbaycanı vəsf edən layihə həyata keçirilib

Bakı, 28 dekabr, AZƏRTAC

Böyük Britaniyadakı azərbaycanlı icmasının təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə London şəhərində Azərbaycanın zəngin mədəniyyətini və ənənələrini vəsf edən layihə gerçəkləşdirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, London metrosunun 20 stansiyasında quraşdırılmış 6 lövhədə milli mədəniyyətimizin müxtəlifliyini və rəngarəngliyini əks etdirən fotoşəkillər bir-birini əvəzləyir. Bakının memarlıq abidələrinin, Qarabağ atlarının, Azərbaycanın şirniyyat nümunələrinin və Xarı bülbülün əks olunduğu fotoşəkillər “Şərqlə Qərbin görüşdüyü Azərbaycanda memarlıq sənətinin rəngarəngliyi", “Azərbaycanın Qarabağ atları”, “Azərbaycanın milli mətbəxi” sərlövhələri altında nümayiş olunur.
Sərnişinlər tərəfindən olduqca maraqla qarşılanan layihənin icrasına dekabrın 20-dən başlanılıb. Layihə 2021-ci il yanvarın 3-dək davam edəcək.

Diaspor 2020-12-28 19:34:00