×
A
A
A
Sazlamalar

Həmyerlimiz Arxangelsk vilayəti qubernatorunun fəxri fərmanına və “Arxangelsk vilayətinin xeyriyyəçisi” adına layiq görülüb

Moskva, 26 dekabr, AZƏRTAC

“Arxangelsk vilayətinin Azərbaycan Diasporu” Regional İctimai Təşkilatının İdarə Heyətinin sədri Tərlan Qasımov Arxangelsk vilayəti qubernatorunun fəxri fərmanına və “Arxangelsk vilayətinin xeyriyyəçisi” adına layiq görülüb.
AZƏRTAC xəbər verir ki, həmyerlimiz Arxangelsk vilayətində Azərbaycan xalqının ənənələrinin və mədəniyyətinin qorunub tanınması ilə bağlı səmərəli fəaliyyətinə görə Arxangelsk vilayəti qubernatorunun fəxri fərmanı ilə təltif edilib.
O, həmçinin “Arxangelsk vilayətinin xeyriyyəçisi” müsabiqəsinin qalibi oldu.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Diaspor 2020-12-26 22:06:00