×
A
A
A
Sazlamalar

Gürcüstanda COVID-19 virusuna yoluxanların sayı 130 minə çatır

Tbilisi, 28 noyabr, AZƏRTAC
Gürcüstanda COVID-19 virusuna yoluxanların sayı artmaqda davam edir. Son sutka ərzində ölkədə daha 4472 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 4 058 nəfər sağalıb, 34 pasiyent isə həyatını itirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi stopgov.ge saytında məlumat yerləşdirilib.
Bildirilir ki, bununla da ölkə üzrə COVID-19-a yoluxanların sayı 127 942-ə çatıb. Yoluxanların 106 328-i sağalıb, 1 195-i isə ölüb.
Hazırda ölkə üzrə 2076 nəfər karantin zonalarında, 6286 nəfər stasionar nəzarətdə saxlanılır.
Xəstəliyi yüngül formada keçirən 3 844 nəfər isə xüsusi otellərdə müalicə olunur.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2020-11-28 11:48:00