Gələn il Qazaxıstanın 3 iri neft yatağında planlı təmir işləri aparılacaq
Nur-Sultan, 26 noyabr, AZƏRTAC
Qazaxıstanın 3 iri neft yatağında planlaşdırılmış təmir işləri aparılacaq. Neft yataqlarının fəaliyyəti tamamilə dayanmayacaq, lakin neft hasilatı ixtisar olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstanın Energetika Nazirliyi məlumat yayıb.
Bildirilir ki, “Tengiz” yatağında işlər 45 gün davam edəcək və 2021-ci il avqustun 1-dən sentyabrın 15-dək davam edəcək. “Kaşaqan”da yanvarın 15-27-də, “Qaraçaqan”da isə aprelin 19-21-də planlı təmir işləri aparılması nəzərdə tutulur.
2020–ci ilin yekunları üzrə Qazaxıstanda 85 milyon ton, o cümlədən “Tengiz”də 26,4 milyon ton, “Qaraçaqan”da 15,1 milyon ton, “Kaşaqan”da isə 11,6 milyon ton neft hasilatı planlaşdırılır.
Qeyd edək ki, 2021-ci il üçün neft hasilatı planları bu il dekabrın 1-də OPEC və qeyri-OPEC ölkələrinin nazirlər görüşündə qəbul ediləcək qərardan asılı olacaq.
2020–ci ildə benzin ixracı 500 min ton, dizel yanacağı isə 150-180 min ton səviyyəsində planlaşdırılır.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
Havanın çirklənməsi Avropada hər il 50 min nəfərin ölümünə səbəb olur
Yunanıstanın Kassos adası yaxınlığında Roma imperiyasına aid arxeoloji tapıntılar aşkar edilib
Rumıniyada koronavirusa yoluxanların sayı 700 mini keçib
Xarkovda Qocalar evində baş verən yanğın nəticəsində azı 15 nəfər həlak olub