Balakənli gənclər pandemiyaya qarşı mübarizə tədbirlərində fəallıq göstərirlər
Balakən, 26 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Balakən rayonunun gəncləri koronavirus infeksiyasının yayılma sürətinin azaldılması və qarşısının alınması məqsədilə rayon sakinləri arasında maarifləndirmə tədbirlərini davam etdirirlər.
Balakən Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, idarənin və Gənclər evi sosial xidmət müəssisəsinin könüllülərinin birgə iştirakı ilə keçirilən növbəti aksiya zamanı vətəndaşlara pandemiyaya qarşı mübarizədə qoruyucu vasitələrdən, xüsusilə tibbi maskalardan istifadə edilməsinin, gigiyena qaydalarına riayət olunmasının, sosial məsafənin saxlanılmasının vacibliyi bir daha ətraflı izah olunub, onlara maarifləndirici bukletlər paylanılıb.
Sakinlərin diqqətinə çatdırılıb ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə düzgün riayət etmək hər kəsin vətəndaşlıq borcudur və bu qaydalara əməl etməyən şəxslər, qurumlar barəsində ciddi intizam tədbirləri həyata keçirilir.
İranda baş verən zəlzələ Naxçıvan Muxtar Respublikasında hiss olunub - YENİLƏNİB
Ağdamda eyni gündə doğulub, eyni gündə də şəhid olan qardaşların xatirəsi anılıb
Qax Damazlıq İpəkçilik Stansiyasında 4785 qutu ipəkqurdu toxumu inkubasiyaya qoyulacaq
Naxçıvançaydan Heydər Əliyev su anbarına bərk tullantılar daxil olub
Otuza yaxın şəhid övladı Ağbulaq İstirahət Mərkəzində istirahət edib