Gürcüstanda koronavirusun yayılmasının pik həddi yaşanır
Tbilisi, 24 noyabr, AZƏRTAC
Gürcüstanda koronavirusa gündəlik yoluxma hallarında artım qeydə alınır. Hazırda ölkədə koronavirusun yayılmasının pik həddi yaşanır.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib.
Onun sözlərinə görə, virusa yoluxanların sayı daha da artacaq: “Biz artıq pik həddə çatmışıq və bunun nə qədər davam edəcəyini bilmirik. Bu gün 3128 yoluxma qeydə alınıb və bu say artmaqdadır. Dekabrın ilk həftəsində yoluxma sayında və ölüm halında artım daha çox olacaq. Bu səbəbdən ölkədə mövcud olan məhdudiyyətlər sərtləşdirilməli və əlavə tədbirlər tətbiq olunmalıdır”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Havanın çirklənməsi Avropada hər il 50 min nəfərin ölümünə səbəb olur
Yunanıstanın Kassos adası yaxınlığında Roma imperiyasına aid arxeoloji tapıntılar aşkar edilib
Rumıniyada koronavirusa yoluxanların sayı 700 mini keçib
Xarkovda Qocalar evində baş verən yanğın nəticəsində azı 15 nəfər həlak olub