Avropa Komissiyası koronavirusa qarşı peyvənd sifarişi üzrə altıncı müqavilə imzalayıb
Bakı, 24 noyabr, AZƏRTAC
Avropa Komissiyası koronavirus əleyhinə vaksinin öncədən sifarişi üzrə sayca altıncı müqaviləni imzalayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Avropa Komissiyasından olan mənbənin məlumatına görə, bu dəfə müqavilə “Moderna” kompaniyası ilə bağlanıb. Beləliklə, qurum vaksinin öncədən sifarişi üzrə portfelin formalaşdırılmasını başa çatdırıb.
Qurumun rəhbəri Ursula fon der Lyayenin yaxın vaxtlarda bu barədə rəsmi bəyanatla çıxış edəcəyi gözlənilir.
Qeyd edək ki, Avropa Komissiyasının vaksinasiya strategiyasına “AstraZeneca”, “Sanofi – GSK”, “Johnson & Johnson”, “BioNTech – Pfizer”, “CureVac” və “Moderna” kimi qərb kompaniyaları ilə öncədən sifariş barədə müqavilələrin imzalanması daxildir. Əgər bütün həmin kompaniyalar öz vaksinlərini hazırlayıb bazara çıxara bilsə, Avropa İttifaqı ümumilikdə 2 milyard vaksin dozası əldə edəcək. Lakin hələlik onların istehsalının real imkanları və çatdırılma vaxtı qeyri-müəyyən olaraq qalır.
Havanın çirklənməsi Avropada hər il 50 min nəfərin ölümünə səbəb olur
Yunanıstanın Kassos adası yaxınlığında Roma imperiyasına aid arxeoloji tapıntılar aşkar edilib
Rumıniyada koronavirusa yoluxanların sayı 700 mini keçib
Xarkovda Qocalar evində baş verən yanğın nəticəsində azı 15 nəfər həlak olub