×
A
A
A
Sazlamalar

Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların videoqəbulunu keçirəcək

Bakı, 24 noyabr, AZƏRTAC

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov noyabrın 27-də saat 15:00-da vətəndaşların videoqəbulunu keçirəcək.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, videoqəbulda iştirak etmək istəyən vətəndaşlar Xidmətin rəsmi internet səhifəsi (https://migration.gov.az/contacts/appointment) vasitəsilə qəbula yazıla bilərlər.
Qəbula yazılanlar şəxsiyyət vəsiqəsini (əcnəbi olduğu təqdirdə yaşama icazəsi və ya xarici pasportu), nümayəndə müraciət etdikdə isə bunu təsdiqləyən rəsmi sənədləri təqdim etməlidirlər.
Müraciətin səbəbi aydın və ətraflı göstərilməlidir.

 

Sosial 2020-11-24 12:53:00