×
A
A
A
Sazlamalar

Şamaxının şimal dağ kəndlərində qarın hündürlüyü 10-15 santimetrə çatıb

Şamaxı, 24 noyabr, AZƏRTAC 

Son iki gündə Şamaxıya, xüsusilə şimal dağlıq ərazilərinə qar yağıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun şimal ərazilərində qarın qalınlığı 10-15 santimetrə çatıb. Ən çox qar Qızmeydan, Talışnuru, Ərçiman, Pirbəhli, Sis və Dəmirçi kəndlərinə düşüb. Kənd sakinlərinin sözlərinə görə, qar payızlıq əkin sahələri üçün olduqca sərfəlidir. Yağan qar məhsuldarlıqla yanaşı, taxıl sahələrində yuva quran zərərvericilərin də kütləvi qırılmasına səbəb olacaq.
Ötən gündən başlayaraq Şamaxı-Pirqulu avtomobil yolunda qarın təmizlənməsi işlərinə start verilib. Bunun üçün kifayət qədər texnika və işçi qüvvəsi cəlb olunub. Yola qum-duz qarışığı tökülüb. Hazırda magistral və kənd yollarında hərəkət normaldır.

Regionlar 2020-11-24 10:55:00