×
A
A
A
Sazlamalar

Vətən müharibəsində zərər çəkmiş şəxslərə könüllülərin “Birlikdə dəstək” yardım kampaniyası davam edir

Bakı, 23 noyabr, AZƏRTAC

Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində zərər çəkmiş vətəndaşlarımıza mənəvi və maddi dəstək olmaq məqsədilə başladılan “Birlikdə dəstək” aksiyası davam edir.
Azərbaycan Könüllü Təşkilatları İttifaqından AZƏRTAC-a bildiriblər ki, bu dəfə xeyirxah tərəfdaşların və vətəndaşların dəstəyi ilə Azərbaycan könüllüləri Ağdam və Tərtər rayonlarında yaşayan ailələrə ərzaq və digər məhsullar çatdırıblar. Bağlamalar tarixi qələbənin hər bir Azərbaycan vətəndaşına bəxş etdiyi böyük sevinc hissi ilə təqdim olunub.
Aksiya Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşəbbüsü ilə başladılıb. Aksiyaya qoşulmaq istəyən şəxslər gec xarab olan ərzaq məhsulları, yararlı qış geyimləri, müxtəlif növ ev, mətbəx əşyaları, uşaqlar üçün oyuncaqlar, boyama kitabçaları və s. ianə edə bilərlər. Eyni zamanda maddi ianə də etmək mümkündür. İanə edilən məhsullar və kart hesabına köçürülən maddi vəsait hesabına alınan məhsullar könüllülər tərəfindən çeşidlənərək bağlamalara yığılır və zərər çəkən vətəndaşlarımıza çatdırılır.
Bu nəcib təşəbbüsə dəstək olmaq istəyən vətəndaşlar linkdə qeyd olunan ünvanlara yaxınlaşa və ya qaynar xətt ilə əlaqə saxlaya bilərlər:
https://cutt.ly/ygAbaQk
Qaynar xətt: 070 266 80 90
Ətraflı:
Facebook: https://www.facebook.com/birlikdedestek/

İnstagram: https://www.instagram.com/birlikde.destek/

Sosial 2020-11-23 19:06:00