×
A
A
A
Sazlamalar

“Gənc xilasedici” Könüllülər Mərkəzinin yaradılması” layihəsi çərçivəsində tədbirlərin təşkilinə start verilib

Bakı, 23 noyabr, AZƏRTAC
“Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Bakıda “Gənc xilasedici!” Könüllülər Mərkəzinin yaradılması” layihəsi çərçivəsində tədbirlərin təşkilinə start verib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihənin əsas məqsədi Bakıda gənclər arasında könüllülük fəaliyyətinin təbliği və vaxtında göstərilən özünə və ya qarşılıqlı yardım nəticəsində fövqəladə hallarda ölüm və əlillik hallarının azaldılması ilə bağlı təlimlər təşkil etmək və onları bu sahədə maarifləndirməkdir.
Layihənin icrasına əsasən yeniyetmə və gənclərdən ibarət könüllülər qrupu cəlb olunub. Gənclərə pandemiya qaydalarına əməl edilməklə “Sən də könüllü ol!” adlı səkkizinci təlim təşkil edilib.
Sonda suallar cavablandırılıb, iştirakçılara təlimdə fəal iştirak etdiklərinə görə sertifikatlar təqdim olunub. Təlimlər zamanı gənclərə könüllülük fəaliyyətinin məqsədi və istiqamətləri haqqında məlumat verilib. Həmçinin koronavirusa yoluxmanın simptomları və s. lazımi tibbi məlumatlar verilib. Layihənin iştirakçıların könüllülük fəaliyyətinin önəmi ilə bağlı maarifləndirici bukletlər və təlim materialları paylanıb.

Sosial 2020-11-23 18:59:00