×
A
A
A
Sazlamalar

Dövlət Miqrasiya Xidməti Azərbaycanda olan və yaşayan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə müraciət edib

Bakı, 20 noyabr, AZƏRTAC

Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda olan və yaşayan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə müraciət edib.
DMX-dən AZƏRTAC-a verilən məlumata görə, müraciətdə qeyd olunub ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 noyabr tarixli, 450 nömrəli Qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il dekabrın 28-i saat 06:00-dək uzadılıb.
Bu müddət ərzində Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti hazırkı qaydalar əsasında həyata keçiriləcək (Daha ətraflı-https://migration.gov.az/press/news_content/14258).
Karantin müddətində Xidmətin (012) 919 - Çağrı Mərkəzi həftə sonlarında (dekabrın 5-də və 6-da, 12-də və 13-də, 19-da və 20-də, 26 və 27-də) məhdud sayda əməkdaşla və rejimdə fəaliyyət göstərəcək. Odur ki, göstərilən tarixlərdə müraciətlər Xidmətin rəsmi internet səhifəsindəki onlayn bələdçi, həmçinin MigAz mobil tətbiqi vasitəsilə də ünvanlana bilər.
Dövlət Miqrasiya Xidməti xatırladır ki, müvəqqəti olma müddəti (viza müddəti və ya 90 gün) artıq 60 gün uzadılmış (dövlət rüsumu ödəyənlər) əcnəbilərin ölkədə olması, dövlət sərhədində hərəkətlə bağlı məhdudiyyətlər aradan qaldırılanadək əlavə müraciət olmadan və dövlət rüsumu ödənilmədən qanuni hesab olunur.

Sosial 2020-11-20 11:20:00