×
A
A
A
Sazlamalar

Dövlət Sosial Müdafiə Fondunda gənc kadrların peşəkarlığının artırılması üçün təlim keçirilib

Bakı, 19 noyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunda gənc kadrların peşəkarlığının artırılması məqsədilə növbəti təlim fondun Maddi-məişət şəraitinin müayinəsi üzrə mərkəzi filialının gənc əməkdaşları üçün təşkil olunub.
Fonddan AZƏRTAC-a verilən məlumata görə, onlara ünvanlı dövlət sosial yardımı proqramının hüquqi, iqtisadi və təşkilati əsasları ilə bağlı ətraflı məlumatlar verilib.
Əməkdaşlara aztəminatlı ailələri əhatə edən ünvanlı dövlət sosial yardımı sisteminin əsas prinsipləri (ünvanlılıq, ədalətlilik, bərabərlik) ətraflı izah olunub, proqramın icrası zamanı bu prinsiplərə daim ciddi əməl olunmasının vacibliyi diqqətə çatdırılıb.
Təlimdə iştirakçıların sualları da cavablandırılıb. Öz fəaliyyət sahəsi üzrə bilikli və peşəkar mütəxəssis hazırlığının təmin olunması məqsədilə bu təlimlər qarşıdakı dövrdə də davam etdiriləcək.

Sosial 2020-11-19 16:49:00