×
A
A
A
Sazlamalar

Bir qrup yerli və xarici jurnalist işğaldan azad olunmuş Füzuli şəhərinə səfər edib

Füzuli, 18 noyabr, AZƏRTAC

Noyabrın 18-də bir qrup yerli və xarici jurnalist Ermənistanın işğalından azad olunmuş Füzuli şəhərinə səfər edib.
AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, jurnalistlər Füzuli şəhərində Ermənistanın törətdiyi müharibə cinayətlərinin ağır nəticələri ilə tanış olublar.
Səfərdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də iştirak edib.
Jurnalistlərə məlumat verilib ki, ermənilər Füzulidə yaşayış məntəqələrini, qəbiristanlıqları, tarixi, mədəni abidələri vəhşicəsinə dağıdıblar.

Regionlar 2020-11-18 15:51:00