×
A
A
A
Sazlamalar

Dövlət Miqrasiya Xidməti Azərbaycanda olan və yaşayan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə müraciət edib

Bakı, 18 noyabr, AZƏRTAC

Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda olan və yaşayan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə müraciət edib.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, təlim-tədris mərkəzi Azərbaycan Respublikasında daimi yaşama icazəsi almaq istəyən əcnəbilər üçün Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin, eləcə də hüquq və vəzifələrlə bağlı qanunvericiliyin öyrənilməsi ilə əlaqədar yenidən kursların keçirilməsinə başlayır.
Onlayn kurslarda iştirak etmək istəyənlər iş günləri saat 09:00-dan 18:00-dək (012) 566-37-74 telefon nömrəsinə zəng edə bilərlər.

Sosial 2020-11-18 13:06:00