×
A
A
A
Sazlamalar

Azərbaycanda əhalinin sayı 10 milyon 116 min 292 nəfərə çatıb

Bakı, 17 noyabr, AZƏRTAC

İlin əvvəlindən ölkə əhalisinin sayı 49 min 184 nəfər və ya 0,5 faiz artaraq 2020-ci il oktyabr ayının 1-i vəziyyətinə 10 milyon 116 min 292 nəfərə çatıb.
Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Bir kvadratkilometrə düşən əhalinin sayı 117 nəfər olub.

Sosial 2020-11-17 16:03:00