×
A
A
A
Sazlamalar

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib

Bakı, 10 noyabr, AZƏRTAC

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a daxil olan müraciətdə deyilir:
“Əziz həmvətənlər!
Belə bir sevincli, fərəhli gündə onu da unutmamalıyıq ki, ölkəmizdəki hərbi vəziyyətlə əlaqədar hər gün saat 21:00-dan ertəsi gün saat 06:00-dək komendant saatı tətbiq edilir.
Ona görə də xahiş edirik ki, gedəcəyiniz ünvanadək olan məsafəni nəzərə alaraq komendant saatının başlanmasınadək, yəni saat 21:00-dək küçədəki hərəkətlərinizi başa çatdıraraq yaşadığınız ünvanlara qayıdasınız. Eləcə də komendant saatı dövründə xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənəd olmadan küçələrə və digər ictimai yerlərə çıxmayın”.

Sosial 2020-11-10 17:02:00