×
A
A
A
Sazlamalar

Azərbaycanın Dövlət Himni qələbə ruhlu əlilliyi olan istedadlı şəxslərin ifasında

Bakı, 9 noyabr, AZƏRTAC
Prezident, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qüdrətli və müzəffər Ordumuzun xalqımıza bəxş etdiyi böyük Şuşa Qələbəsi, ərazilərimizin düşməndən bir-birinin ardınca azad edilməsi əlilliyi olan istedadlı şəxslərimizdə də sonsuz fərəh, coşqu və qürur hissi yaradıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, zəfər müjdələrindən ruhlanan, Şuşamızın azad olunmasının sevincini, həyəcanını yaşayan əlilliyi olan yaradıcı şəxslərimizdən Aysel Əlizadə, Seymur Əliyev və Turanə Həmidovanın ifasında dövlət himnimiz ölkəmizdə möhtəşəm Qələbə ruhunun hökm sürdüyü bu tarixi günlərə onların bir töhfəsidir.
Tanınmış müğənni, “Avroviziya” mahnı müsabiqəsində ölkəmizi təmsil edən Samirə Əfəndi ilə birgə ifa edilən bu gözəl musiqi əsəri hər birimizdə iftixar duyğularını daha da artırır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə ərsəyə gələn musiqi nömrəsini təqdim edirik:
https://we.tl/t-9AUYKu2RUt

https://youtu.be/fCAUZns8PyM

 

Sosial 2020-11-09 17:19:00