×
A
A
A
Sazlamalar

İordaniyada Azərbaycan bayrağı “göz oxşayıb”

Bakı, 9 noyabr, AZƏRTAC

İordaniya Haşimilər Krallığının Əmman şəhərində Azərbaycan Respublikasının bayrağı “göz oxşayıb”.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, İordaniyadakı Azərbaycan diasporunun təşəbbüsü ilə 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Əmman şəhərindəki “Le Royal” hoteli Azərbaycan bayrağının rəngləri olan göy, qırmızı və yaşıl rəngdə işıqlandırılıb.

Diaspor 2020-11-09 14:08:00