×
A
A
A
Sazlamalar

Nepalda ötən sutka COVID-19-a 2508 yoluxma qeydə alınıb

Pekin, 31 oktyabr, AZƏRTAC

Nepalda ötən sutka ərzində COVID-19 virusuna 2508 yoluxma qeydə alınıb. Bununla da ölkədə yeni növ koronavirusa yoluxanların ümumi sayı 170 mini ötüb.
AZƏRTAC pandemiyanın statistikasını aparan “Worldometers” saytına istinadla xəbər verir ki, Nepalda ötən sutka ərzində koronavirus səbəbindən 17 nəfər həyatını itirib. Beləliklə, ölkədə pandemiya qurbanlarının sayı 937-yə çatıb. Hazırda Nepalda 40 minə yaxın aktiv xəstə var.
Qeyd edək ki, Nepalda pandemiyanın ilk vaxtlarında çox az sayda yoluxmalar olurdu. Amma iyulun son günlərindən başlayaraq yoluxma sayında davamlı artım müşahidə edilir. Əhalinin sıx yaşadığı ərazilərdə, o cümlədən paytaxt Katmanduda, Pokhara şəhərində və ölkənin cənubundakı yaşayış məntəqələrində yoluxma sayı sürətlə artır. Gündəlik ən çox yoluxma isə (5743) oktyabrın 21-də qeyd alınıb.

 

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2020-10-31 18:04:00