×
A
A
A
Sazlamalar

İzmirdə dağıntılar altından ana və onun üç uşağı sağ olaraq çıxarılıblar VİDEO

İzmir, 31 oktyabr, AZƏRTAC

İzmirdə baş vermiş 6,6 bal gücündə zəlzələdən 23 saat sonra dağıntılar altından ana və üç uşağı sağ olaraq çıxarılıblar.
AZƏRTAC xəbər verir ki, onların çıxarılması işlərinə səhər saat 07.00 radələrindən başlanılıb.
Zəlzələdən 23 saat sonra 38 yaşlı ana Səhər Dereli Perinçek və onun 10, 7 və 3 yaşlı uşaqları xilas ediliblər.
Dağıntılar altında qalan daha bir uşağın çıxarılması istiqamətində işlər davam etdirilir.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2020-10-31 16:26:00

Video