×
A
A
A
Sazlamalar

Çinin Kaşğar şəhərində kütləvi test prosesi başa çatıb

Pekin, 28 oktyabr, AZƏRTAC
Çinin Sincan-Uyğur Muxtar Bölgəsinin Kaşğar şəhərində sakinlərin kütləvi şəkildə COVID-19 testindən keçiriliməsi prosesi başa çatıb.
AZƏRTAC xəbər verir ki, bir neçə gün davam edən proses zamanı şəhərin 4,75 milyon sakini test edilib. Nəticədə 178 nəfərin virusa yoluxduğu aşkarlanıb. Heç bir xəstəlik simptomu olmayan həmin şəxslər şəhərin Şufu qəsəbəsinin sakinləridir. Elə Kaşğarda kütləvi testin keçirilməsinə səbəb də oktyabrın 24-də Şufu qəsəbəsində bir nəfərin virusa yoluxması olub. Hələlik virusun yoluxma zəncirinin haradan başladığı bilinmir.
Qeyd edək ki, Kaşğar şəhərində COVID-19 virusuna yoluxma halları aşkarlandıqdan sonra şəhərə giriş-çıxış dayandırılıb. Şəhərdə ən yüksək səviyyədə fövqəladə hazırlıq dərəcəsi elan olunub. Kaşğara kənardan 600 nəfərlik tibbi heyət cəlb edilib.

 

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2020-10-28 14:41:00