×
A
A
A
Sazlamalar

BP-nin üçüncü rübdəki xalis mənfəəti kəskin azalıb

Bakı, 27 oktyabr, AZƏRTAC

BP-nin üçüncü rüb üzrə konsolidə olunmuş xalis mənfəəti kəskin azalıb.
AZƏRTAC şirkətə istinadla xəbər verir ki, BP-nin ötən rübdəki xalis mənfəəti 100 milyon dollar olub. Keçən ilin eyni dövründə isə bu göstərici 2,3 milyard idi.
Analitiklər BP-nin rüb ərzində 120 milyon dollar zərər etdiyini proqnozlaşdırırdılar. Bu ilin ikinci rübündə şirkət 6,7 milyard dollar zərər etmişdi.
Şirkət, həmçinin üçüncü rübdə xalis borcunu 500 milyon dollar azaldaraq 40,4 milyard dollara endirib.

Neft - qaz 2020-10-27 18:34:00