×
A
A
A
Sazlamalar

Türkiyənin Bolu bölgəsində 12 fərdi ev yanıb

Ankara, 25 oktyabr, AZƏRTAC

Türkiyənin Bolu bölgəsində yerləşən Kuzfındık kəndində güclü yanğın baş verib.
AZƏRTAC xəbər verir ki, fərdi evdə baş verən yanğın sürətlə ətrafa yayılıb. Nəticədə 12 fərdi ev tamamilə yanaraq külə dönüb.
Yanğının söndürülməsi istiqamətində iş davam edir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Dünya 2020-10-25 16:53:00