×
A
A
A
Sazlamalar

Latviyanın Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti üzrə Mərkəzində resurs çatışmazlığı yaranıb

Riqa, 24 oktyabr, AZƏRTAC

COVID-19-un yayılması şəraitində artan iş həcmi səbəbindən Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti üzrə Mərkəzdə (SPKC) resurs çatışmazlığı yaranıb.
AZƏRTAC xəbər verir ki, bu barədə mərkəzin direktoru İveta Havare Latviya Radiosuna verdiyi müsahibədə söyləyib.
Onun sözlərinə görə, son həftələr ərzində iş həcmi xeyli artıb, ümumilikdə isə son altı ay ərzində işçilərin iş yükü əhəmiyyətli dərəcədə çoxalıb.
Bununla belə SPKC vəzifəsinin öhdəsindən layiqincə gəlir, mərkəzin COVID-19-un yayılma yollarını izləyərək iş həcminin öhdəsindən gələ bilməsi məqsədilə işçilərin bir hissəsi yoluxucu xəstəliklərin yayılmasına nəzarət etmək üzrə yönəldilib. Koronavirusa yoluxmuş xəstə ilə təmasda olan şəxslərin müəyyənləşdirilməsində ölkədə bu yaxınlarda yaradılmış “Apturi Covid” tətbiqi yardımçı olur.

Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa 

Dünya 2020-10-24 16:44:00