Arnold Şvartsenegerin ürəyində növbəti əməliyyat aparılıb
Bakı, 24 oktyabr, AZƏRTAC
Məşhur amerikalı aktyor Arnold Şvartsenegerin ürəyində növbəti əməliyyat keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə 73 yaşlı aktyor özünün ınstagram səhifəsində yazıb. Bildirib ki, ürəyində aortal klapanı yenisi ilə əvəzləyiblər. Özünü fantastik hiss etdiyini və artıq Klivlendin küçələrində gəzdiyini qeyd edən Arnold məlumata xəstəxanada çəkilən fotoşəklini də əlavə edib.
Şvartsenegerin anadangəlmə ürək qüsuru var. O, ilk əməliyyatı 1997-ci ildə keçirmişdi: həmin vaxt ağciyər arteriyasının klapanını dəyişmişdilər. Təkrar əvəzləmə əməliyyatı 2018-ci ildə lazım gəlmişdi.
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır