Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.1.2-1-ci yarımbəndə “və Zərdabi kəndlərinə” sözlərindən sonra “, Mingəçevir şəhərinə, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonlarına” sözləri əlavə edilsin;
1.2. 1.1.15-ci yarımbəndə “Quba” sözündən sonra “, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala” sözləri əlavə edilsin.
2. Bu Qərar 2020-ci il 24 oktyabr saat 00:00-dan qüvvəyə minir.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 23 oktyabr 2020-ci il.

Qərarlar 2020-10-23 18:18:00