×
A
A
A
Sazlamalar

Dünya Bankı: Azalan neft tələbatı 2021-ci ildən sonra da davam edəcək

Bakı, 23 oktyabr, AZƏRTAC
Azalan neft tələbatı 2021-ci ildən sonra da davam edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Dünya Bankı məlumat yayıb.
Banka görə, COVID-19-un əmtəə bazarına təsiri ən çox enerji qiymətlərində hiss olunur: “Epidemiyanın təsiri ən çox enerji qiymətlərində hiss edilir və azalan neft tələbatı 2021-ci ildən sonra da davam edəcək. Bu il neft, təbii qaz və kömür tərəfindən formalaşan enerji əmtəələrinin qiymət indeksində 32,7 azalma gözlənilir”.
COVID-19 epidemiyası səbəbindən ilin əvvəlindəki kəskin enmələrdən sonra demək olar ki, ilin üçüncü rübündə bütün əmtəə qiymətləri bərpa olunub. Metallar və kənd təsərrüfatı malları epidemiya səbəbindən yaranan zərəri kompensasiya edə bilib. Enerji qiymətlərinin bir qədər yaxşılaşmasına baxmayaraq, gələn il də epidemiyadan qabaqkı səviyyədən aşağıda qalacağı nəzərdə tutulur.

Neft - qaz 2020-10-23 12:28:00