Gürcü ekspert: Noyabrın ortalarında Gürcüstanda koronavirusa yoluxanların sayı 5 minə çata bilər
Tbilisi, 23 oktyabr, AZƏRTAC
Gürcüstanda koronavirusa yoluxmanın ən yüksək həddini noyabrın ortalarında gözləyirik. Vəziyyət belə davam edərsə noyabrın ortalarında gündəlik yoluxma sayı 4-5 min arasında olacaq. Bu rəqəm hətta 5 min də ola bilər.
AZƏRTAC xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Gürcüstan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze söyləyib.
Onun sözlərinə görə, bütün qadağalara və sərt tədbirlərə baxmayaraq koronavirus dünyada yayılmaqda davam edir. Gürcüstan da bütün vasitələrdən istifadə edərək pandemiyaya qarşı mübarizə aparır. Bununla belə heç bir ölkə hələlik pandemiyanın qarşısını tam ala bilməyib.
“Gürcüstan hökuməti proqnozlara baxmayaraq noyabrda gündəlik yoluxma hallarının heç olmasa 3-4 min arasında olmasına çalışacaq”,- deyə Qamkrelidze vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır