×
A
A
A
Sazlamalar

Latviyalı nazir karantinə alınıb

Vilnüs, 22 oktyabr, AZƏRTAC

Latviyanın Ətraf Mühitin Mühafizəsi və Regional İnkişaf naziri Yuris Putse COVID-19-a yoluxmuş xəstə ilə təmasda olması şübhəsi ilə karantinə alınıb
AZƏRTAC xəbər verir ki, bu barədə o öz “Twitter” səhifəsində yazıb.
Bildirilir ki, Nazir Yuris Putse epidemioloqların təlimatını gözləyir və COVID-19 üçün analiz testi verməyə hazırdır. Nazir səlahiyyətlərini distant şəkildə icra edəcək.

Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs 

Dünya 2020-10-22 23:54:00