×
A
A
A
Sazlamalar

Rusiya Prezidenti: Həmsədrlər kimi danışıqlar prosesinin təşkilinə görə bizim üzərimizə məsuliyyət düşür

Moskva, 22 oktyabr, AZƏRTAC

Qarabağdakı münaqişənin həllində Rusiyadan çox heç kim maraqlı deyil.
AZƏRTAC xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Valday" diskussiya klubunun iclasında bildirib.
Prezident deyib ki, bizim üçün bu, xüsusi vəziyyətdir. 1992-ci ildə yaradılmış qrupun həmsədrləri kimi Rusiya, Fransa və ABŞ-ın üzərinə məsuliyyət düşür. “Mən 100 faiz əminəm ki, prosesin bütün iştirakçıları vəziyyətin tənzimlənməsinə səmimiyyətlə can atırlar, lakin Rusiya kimi heç kim bunda maraqlı deyil”, - deyə Vladimir Putin vurğulayıb.
Prezident qeyd edib ki, Azərbaycan və Ermənistan Rusiya üçün bərabər tərəfdaşlardır. O, Dağlıq Qarabağla bağlı kompromis tapmağı çox istədiyini qeyd edib.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Siyasət 2020-10-22 22:11:00