×
A
A
A
Sazlamalar

Yunanıstandakı yanmış düşərgədən olan qaçqınlar hələ də Almaniyaya köçə bilmirlər

Berlin, 21 oktyabr, AZƏRTAC

Yunanıstanda Moriya düşərgəsindəki yanğından sonra minlərlə qaçqın hələ də evsiz qalıb. Almaniya bələdiyyələri kömək etməyə səy göstərdilər, lakin Kansler Angela Merkelin iştirakı ilə keçirilən konfrans onlar üçün ayıldıcı şəkildə başa çatdı.
AZƏRTAC xəbər verir ki, videokonfransda A.Merkel və bir neçə yerli siyasətçi yeni qaçqınların qəbulu barədə aralarında razılığa gələ bilmədilər.
Odur ki, Yunanıstanda yanmış Moriya düşərgəsindən olan minlərlə qaçqının Avropa İttifaqının digər ölkələrinə köçmək ümidləri puç olacaq. Ən azından tezliklə Almaniyadan başqa yardım olmayacaq.
Federal hökumət “Avropa həll yollarına güvəndiyini” açıq şəkildə bildirdi. Bundan əlavə, A.Merkel və Federal Daxili İşlər Naziri Horst Zeehofer əlavə sığınacaq axtaranların qəbulu qərarının federal hökumətə məxsus olduğunu hər zaman vurğulayıblar.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Dünya 2020-10-21 21:38:00