×
A
A
A
Sazlamalar

İbrahim Kalın: Cənubi Qafqaza sülh və sabitlik ancaq Qarabağın işğaldan azad olunması ilə gələcək

Ankara, 21 oktyabr, AZƏRTAC

Paşinyanın “Qarabağ məsələsinin diplomatik həlli yoxdur” açıqlaması Ermənistanın əsl niyyətini ortaya qoymaqdadır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Prezidentinin müşaviri İbrahim Kalın “Twitter” hesabında yazıb.
İ.Kalın fikirlərinə belə davam edir: “Kimin müharibə istədiyi bəllidir. Bu hal Türkiyənin və Azərbaycanın haqlı olduğunu təsdiq edir. Cənubi Qafqaza sülh və sabitlik ancaq Qarabağın işğaldan azad olunması ilə gələcək”.


Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Siyasət 2020-10-21 21:18:00