×
A
A
A
Sazlamalar

Səfirlik: Qətər-Azərbaycan əlaqələri qarşılıqlı hörmət, sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi kimi prinsiplərə əsaslanır

Bakı, 21 oktyabr, AZƏRTAC

İki ölkənin dövlət başçılarının rəhbərliyi ilə Qətər-Azərbaycan əlaqələri qarşılıqlı hörmət və ehtiram, müştərək mənafelər, sülhün və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi kimi prinsiplərə əsaslanır. Bu əlaqələr güclüdür və siyasi müstəvidə özünəməxsusluğu ilə seçilir.
Bu barədə AZƏRTAC-a Qətərin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Məlumatda deyilir: “Bu yaxınlarda, hətta bilavasitə cavab verməyə layiq olmayan bəzi elektron informasiya vasitələrinin dəqiq və dürüstlüyü özündə əks etdirməyən məlumatlar yayması ölkələrimiz arasındakı güclü əlaqələrə təsir etməyəcək. Çünki “Qətər Hava Yolları” dünya səviyyəsində ən öndəgedən aviasiya şirkətlərindən biridir. O, peşəkarlıqla və beynəlxalq mülki aviasiya sazişlərinin qaydalarına (Çikaqo müqaviləsi)uyğun olaraq fəaliyyət göstərir. “Qətər Hava Yolları” şirkəti COVID-19 pandemiyası səbəbindən bir çox aviasiya şirkətlərinin öz işini dayandırdığı şəraitdə beynəlxalq aləmdə çarəsiz qalmış on minlərlə sərnişinin ölkələrinə qayıtmasında önəmli rol oynayıb.
Bununla əlaqədar olaraq, Qətərin Bakıdakı səfirliyi bəzi elektron kütləvi informasiya vasitələrinin peşəkar və işlərində qərəzsiz olacağına, məqsədyönlü və faktlara əsaslanan xəbərlər verəcəyinə ümid edir. Bu, daha çox fayda verər, dövlətlərin və xalqların mənafeyinə uyğun olar”.

Siyasət 2020-10-21 17:57:00