×
A
A
A
Sazlamalar

Qətərin “Əl-Raya” qəzetində Ermənistanın Gəncəyə raket hücumundan bəhs edən məqalə dərc olunub

Bakı, 21 oktyabr, AZƏRTAC
Qətərin ərəb dilində nəşr olunan “Əl-Raya” qəzeti Ermənistanın Gəncə şəhərinə raket hücumu ilə bağlı məqalə yayıb.
Ölkəmizin Qətərdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məqalədə Ermənistan ordusunun oktyabrın 17-də gecə Gəncə şəhərini raket hücumuna məruz qoyduğu qeyd olunub. Bildirilib ki, hücum nəticəsində Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə iki yaşayış binası dağılıb, 13 nəfər həlak olub, 50-dən çox dinc sakin yaralanıb. Bundan əlavə, ətrafdakı çox sayda bina, mülki infrastruktur obyekti, nəqliyyat vasitəsi zərər görüb.

Siyasət 2020-10-21 17:03:00