×
A
A
A
Sazlamalar

Rusiyada bir gündə koronavirusdan 317 nəfər həyatını itirib

Moskva, 21 oktyabr, AZƏRTAC

Rusiyada bir gündə 15 700 nəfər koronavirus infeksiyasına yoluxub.
AZƏRTAC xəbər verir ki, ölkədə COVID-19 xəstələrinin ümumi sayı 1 447 335 nəfərə çatıb.
Bir gündə Rusiyada 10 952 nəfər sağalıb, 317 nəfər həyatını itirib. Ümumilikdə, ölkədə indiyədək 1 milyon 96 mindən çox xəstə sağalıb, 25 mindən çox xəstə ölüb.
Son sutka ərzində ən çox yoluxma halı (4389) Moskvada qeydə alınıb.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

Dünya 2020-10-21 15:35:00