×
A
A
A
Sazlamalar

Prezidentin köməkçisi: Oktyabrın 20-də Ermənistan tərəfindən 6 şəhərimizə 498 mərmi atılıb

Bakı, 21 oktyabr, AZƏRTAC 

Ermənistanın azərbaycanlı mülki vətəndaşlara qarşı müharibə cinayətləri davam edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında bildirib.
Prezidentin köməkçisi qeyd edib ki, oktyabrın 20-də 6 şəhərə 498 mərmi, 4 raket və 3 dron hücumu olub:
Tərtər - 423 mərmi
Ağdam - 49 mərmi
Ağcabədi - 24 mərmi
Goranboy - 2 mərmi
Naftalan/Goranboy – “Smerç” raketləri.
Tərtərdə 2 mülki şəxs həlak olub, bir nəfər yaralanıb.

Siyasət 2020-10-21 12:19:00