×
A
A
A
Sazlamalar

Əhalinin nominal gəlirləri azalıb

Bakı, 21 oktyabr, AZƏRTAC

İlkin məlumatlara görə, 2020-ci ilin yanvar-sentyabr aylarında ölkə əhalisinin nominal gəlirləri 41 milyard 609 milyon manat təşkil edib və əvvəlki ilin eyni dövrünə nisbətən 0,9 faiz azalıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu dövrdə əhalinin hər nəfərinə orta hesabla 4 milyard 173 manatlıq gəlir düşüb. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 37 milyard 631,8 milyon manatlıq vəsait qalıb.

 

Maliyyə 2020-10-21 11:34:00