×
A
A
A
Sazlamalar

Mədəniyyət işçilərindən Silahlı Qüvvələrə dəstək

Ağdaş, 21 oktyabr, AZƏRTAC
Ağdaş Regional Mədəniyyət İdarəsinin şəbəkəsinə aid olan Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları tərəfindən ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşən ordumuza dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna könüllü olaraq, ümumilikdə, 9330 manat vəsait köçürülüb.
Regional mədəniyyət idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, qış mövsümünün yaxınlaşması ilə əlaqədar olaraq cəbhə bölgəsinə isti geyimlər, odeyallar və digər zəruri avadanlıqlar da göndərilib.
Eyni zamanda, Azərbaycanda elan edilən qismən səfərbərliklə əlaqədar olaraq əks-hücum əməliyyatlarında iştirak etmək üçün hərbi xidmətə yollanmış mədəniyyət işçilərinin ailələri regional idarənin rəhbərliyi və əməkdaşlar tərəfindən ziyarət olunub.

Regionlar 2020-10-21 11:33:00