×
A
A
A
Sazlamalar

Zərdablı gənclər: əsas məqsədimiz cəbhə bölgəsində əsgərlərimizə mənəvi dəstək olmaqdır

Zərdab, 21 oktyabr, AZƏRTAC

Zərdab Rayon Gənclər və İdman İdarəsi və Gənc Könüllülər tərəfindən birgə başlanan “Biz birlikdə güclüyük!” adlı dəstək kampaniyası çərçivəsində cəbhə zonasına ilk səfər baş tutub.
AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, səfər çərçivəsində kampaniyaya qoşulan vətənpərvər gənclərimizin sayəsində böyük həvəslə hazırlanan sovqatların ön cəbhədə döyüşən əsgərlərimizə çatdırılması təmin edilib.
Ordumuzun təminatının yüksək səviyyədə olduğunu bildiklərini qeyd edən təşkilatçılar vurğulayıblar ki, əsas məqsədləri bu cür kampaniyalarla əsgərlərimizə mənəvi dəstək olmaqdır. Bu məqsədlə də gənclər sovqatların göndərildiyi qutuların üzərilərinə ürək sözlərini də yazmağı unutmayıblar.

Regionlar 2020-10-21 11:28:00