×
A
A
A
Sazlamalar

Çinin “Naewoeilbo” saytı Ermənistanın humanitar atəşkəsi pozması ilə bağlı məlumat yayıb

Bakı, 20 oktyabr, AZƏRTAC

Çinin “Naewoeilbo” saytında Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəsi pozması ilə bağlı məlumat yayılıb.
AZƏRTAC xəbər verir ki, məlumatda Azərbaycanın humanizm prinsiplərinə əsaslanaraq xoş niyyət göstərib oktyabrın 18-də bir daha humanitar atəşkəsə razı olduğu bildirilir. Lakin Ermənistan silahlı qüvvələri humanitar atəşkəs elan ediləndən dərhal sonra - saat 00.02-də Cəbrayıl şəhərinə, eləcə də Cəbrayıl rayonunun işğaldan azad edilmiş kəndlərinə atəş açdı. Ermənistan daha sonra ağır artilleriyadan istifadə edərək iki ölkənin sərhədi boyunca Gədəbəy və Tovuz rayonları istiqamətində hücumlar etdilər. Səhər saat 7-yə qədər isə Ağdərə Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində hücumları davam etdirdilər. Ermənistanın artıq ikinci dəfədir ki, humanitar atəşkəsi pozması Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməsinin bariz sübutudur.

Siyasət 2020-10-20 19:51:00