×
A
A
A
Sazlamalar

Masallı şəhərində inşa edilən 100 yerlik körpələr evi-uşaq bağçasında tikinti işləri başa çatıb

Masallı, 20 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Masallı şəhərinin Səməd Vurğun küçəsində iyulun 1-də inşasına başlanılmış 100 yerlik körpələr evi-uşaq bağçasında tikinti işləri başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ikimərtəbəli yeni məktəbəqədər təlim və tərbiyə müəssisəsində uşaqların mənalı istirahət etmələri və təlimi üçün hər cür şərait yaradılıb.
Bağçanın həyətində balaca fidanların əylənmələri üçün müxtəlif istirahət guşələri inşa edilib.

Regionlar 2020-10-20 19:36:00