×
A
A
A
Sazlamalar

Doqquz ayda 224,1 milyon dollarlıq neft məhsulları ixrac olunub

Bakı, 20 oktyabr, AZƏRTAC
Cari ilin yanvar-sentyabr aylarında ölkədən 809,6 min ton xam məhsullardan başqa, bitumlu süxurlardan alınmış neft və neft məhsulları - tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə faiz və ya daha çox olan məhsullar ixrac edilib. İxrac edilən məhsulların dəyəri isə 224,1 milyon ABŞ dollarından çox olub.
Bu barədə AZƏRTAC-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Xatırladaq ki, keçən ilin 9 ayında Azərbaycandan 708 min tondan çox neft məhsulları ixrac edilmiş, həmin ixracın dəyəri 345,8 milyon dollar olmuşdu.

 

Neft - qaz 2020-10-20 12:22:00