×
A
A
A
Sazlamalar

Ukraynada son sutkada koronavirusdan ölüm hallarında antirekord qeydə alınıb

Kiyev, 20 oktyabr, AZƏRTAC

Ukraynada son sutkada koronavirusdan ölənlərin sayında antirekord qeydə alınıb.
AZƏRTAC Ukrayna Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ötən gün ölkədə 113 nəfər koronavirusdan həyatını itirib. Bunlardan 17-si Kiyev şəhərinin payına düşür. Bununla da bu infeksiyadan ölənlərin ümumi sayı 5786 nəfərə çatıb ki, onların 75 faizi 60 yaşdan yuxarı olan insanlardır.
Ötən gün ölkədə 5469 nəfər koronavirusa yoluxub. Bununla da pandemiya dövründə Ukraynada 309 min 107 nəfər bu virusa yoluxub. Ən çox yoluxma halları Kiyev, Odessa, Dnepropetrovsk və Xarkov vilayətlərində qeydə alınıb.
Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti dekabrın 31-dək uzadılıb və karantin şərtləri sərtləşdirilib.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2020-10-20 12:04:00