×
A
A
A
Sazlamalar

Suqovuşan və Talış kəndlərinin avtomobil yollarının bərpasına başlanılır

Bakı, 20 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılır.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Ümumi uzunluğu 29 kilometr olan avtomobil yollarının bərpası üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırlıq işlərinə başlanılıb.

Regionlar 2020-10-20 11:50:00