×
A
A
A
Sazlamalar

Ağsuda istixanalardan doqquz ayda 159,3 ton tərəvəz yığılıb

Ağsu, 20 oktyabr, AZƏRTAC

Ağsu rayonunun istixana təsərrüfatlarında cari ilin doqquz ayında 159,3 ton tərəvəz məhsulları istehsal olunub.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilib ki, Ağsuda hazırda 7 hektarda müasir texnologiyalarla qurulan istixana fəaliyyət göstərir. Yetişdirilən pomidor və xiyar məhsulları birbaşa bazarlara çıxarılır.

Regionlar 2020-10-20 11:30:00