×
A
A
A
Sazlamalar

İraqda koronavirusdan ölənlərin sayı 10 mini keçib

Bağdad, 20 oktyabr, AZƏRTAC

İraqda koronavirusa qarşı həyata keçirilən tədbirlərə baxmayaraq virus yayılmaqda davam edir.
AZƏRTAC xəbər verir ki, son sutka ərzində 3 min110 nəfər virusa yoluxub, 56 nəfər həyatını itirib. Bununla da İraqda virusa yoluxanların ümumi sayı 420 min 186 nəfərə, ölənlərin sayı isə 10 min 110-a çatıb.
Müalicə alan 360 min 477 nəfər isə sağalaraq evə buraxılıb.


Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Bağdad

Dünya 2020-10-20 11:24:00