×
A
A
A
Sazlamalar

Qazaxıstan koronavirusla bağlı arayışı olmayan xarici vətəndaşları ölkəyə buraxmır

Nur-Sultan, 19 oktyabr, AZƏRTAC

Qazaxıstana təyyarə ilə gələn COVID-19 testinin arayışı olmayan üç əcnəbi, Rusiya, Özbəkistan və Ermənistan vətəndaşı deportasiya olundu.
AZƏRTAC xəbər verir ki, ölkənin nəqliyyat üzrə baş sanitariya həkimi Sadvakas Bayqabulov beynəlxalq uçuşlara gələn xarici vətəndaşların deportasiya edilməsinin səbəbini, habelə iki gün ərzində karantinə yerləşdirilən Qazaxıstan vətəndaşlarının sayını şərh edib.
Sadvakas Bayqabulovun verdiyi məlumata görə, oktyabrın 19-na keçən gecə ölkəyə 10 beynəlxalq reyslə gələn 1136 sərnişindən, 938-də COVID-19-a dair arayış olub, 198 Qazaxıstan vətəndaşı isə arayış təqdim etməyib. Arayış təqdim etməyən vətəndaşlar Nur-Sultan, Almatı və Aktau şəhərlərindəki karantin xəstəxanalarına yerləşdiriliblər.

 

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan

Dünya 2020-10-19 18:57:00