×
A
A
A
Sazlamalar

Neft nəhəngi “ConocoPhillips” “Concho”yu 9,7 milyard dollara alır

Bakı, 19 oktyabr, AZƏRTAC

Neft bazarındakı iqtisadi şərtlər şist nefti istehsal edən şirkətləri birləşməyə məcbur edir. Belə ki, ABŞ-ın “ConocoPhilips” şirkəti 9,7 milyard dollar müqabilində “Concho Resources” şirkətini alır.
AZƏRTAC xəbər verir ki, bu, cari ilin əvvəlindən enerji tələbatının azalmasından bəri əldə olunan ən böyük şist nefti sövdələşməsidir. Bu da ABŞ-ın ən məhsuldar neft yatağında daha çox qazma işlərinin aparılacağı deməkdir.
“ConocoPhilips”dən bildirilib ki, investorlar bu razılaşma çərçivəsində hər bir “Concho” səhmi üçün 1,46 “Conoco” payı alacaq.
Bu birləşmə ilə “ConocoPhilips” Qərbi Texasın “Permian” hövzəsindəki ən böyük şirkətlərdən biri olacaq, “Occidental Petroleum” və “Chevron” kimi şirkətlərlə rəqabət apara biləcək.
Qeyd edək ki, mərkəzi ofisi Hyustonda yerləşən “ConocoPhilips” 7 milyard dollarlıq nağd pul vəsaiti ilə neft bazarındakı böhranından çıxa bilib.

Dünya 2020-10-19 17:33:00