×
A
A
A
Sazlamalar

“Qarabağ”ın rəqibi “Sivasspor” itki ilə üzləşib

Bakı, 19 oktyabr, AZƏRTAC

Ağdamın “Qarabağ” klubunun UEFA Avropa Liqasının I qrupundakı rəqiblərindən olan Türkiyənin “Sivasspor” komandası itki ilə üzləşib.
AZƏRTAC xəbər verir ki, komandanın yarımmüdafiəçisi Erdoğan Yeşilyurt Super Liqanın V turunun “Kayserispor”la səfər oyununda (3:1) zədələnib.
Topuğundan zədə alan 27 yaşlı futbolçunun 3 həftədən sonra yaşıl meydanlara dönəcəyi bildirilib. Beləliklə, təcrübəli oyunçu Avropa Liqasının üçüncü turunda noyabrın 5-də evdə “Qarabağ”la keçiriləcək görüşü buraxacaq.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə 21:55-də başlayacaq.

İdman 2020-10-19 12:54:00